AZ

Sergey Yakiroviç: "Bizə çətin olacaq"

"Qarabağ" güclü komandadır".

İdman.biz xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo” (Zaqreb, Xorvatiya) matçından öncə təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Sergey Yakiroviçin deyib.

Bosniyalı mütəxəssis bildirib ki, sabahkı oyuna ciddi hazırlaşıblar: "İlk qarşılaşmada 3:0 hesablı qələbə qazanmağımıza baxmayaraq, bu oyuna da çox ciddi hazırlaşmışıq. Rəqibimiz də kifayət qədər güclü komandadır.
Nəzərə alsaq ki, oyun rəqib komandanın meydanında keçiriləcək, bizə çətin olacaq. Xüsusilə də, müdafiə xəttində diqqətli olmalıyıq. Biz yaxşı oyun nəticəsində növbəti mərhələyə keçməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" ilk oyunda "Dinamo"ya 0:3 hesabı ilə uduzub.

İdman.biz
Aytac Sahəd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
30
idman.biz

6Mənbələr