AZ

Şərur rayonunun 2 kəndində yanğın olub

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonunun Çomaxtur və Çərçiboğan kəndlərində ot bağlamalarının yanması barədə məlumat daxil olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
10
sesqazeti.az

10Mənbələr