AZ

Yankoviçlə Veşoviçin durumu necədir?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandadakı zədəli oyunçuların durumu haqda danışıb.

QOL.az xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsinin sabah "Dinamo" (Xorvatiya) ilə keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında bildirib ki, müdafiəçi Marko Veşoviçin oynaması mümkündür:

"Marko Veşoviçdə durum pis deyil. İki gün əvvəl komandaya qoşulub. Bu gün də komanda ilə məşq etməlidir. Sabah həkim nəzarətindən sonra ən azından 23-lükdə ola bilər. Marko Yankoviç isə fərdi məşq edir".

Xatırladaq ki, hər iki monteneqrolu oyunçu "Dinamo" ilə səfər matçında zədələnmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
6
musavat.com

7Mənbələr