AZ

“Bu yazıq gənci Fransada saxlayıblar...” - Xamenei

İranın Ali Rəhbəri Əli Xamenei teleqramın qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib.

Herbiand.az TASS-a istinadən xəbər verir ki, Xamenei bu barədə yeni kabinetin üzvləri ilə görüşü zamanı danışıb.

“Kiberməkanda qanun hökm sürməlidir. Gördünüz ki, bu yazıq gənci (Pavel Durov) Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər. Bu, onların qaydalarını pozduğunu göstərir”, - o deyib.

Qeyd edək ki, uzun müddətdir ki, İranda yutub, teleqram, “X”, feysbuk, instaqrama və eləcə də “Netflix”ə giriş bloklanıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
herbiand.az

10Mənbələr