AZ

Ukrayna Rusiyada daha bir neft anbarını vurdu: Güclü yanğın başlayıb

Rostov vilayətində daha bir neft bazasında güclü yanğın baş verib. 

Sitat.info xəbər verir ki, telegram kanallarında yayılan məlumatlara görə, Rostov vilayətində eşidilən güclü partlayışdan sonra Kamenski rayonunda neft anbarı yanmağa başlayıb.

 Kamenski rayonu Rostov vilayətinin şimal-şərqində, Ukraynanın işğal olunmuş Luqansk vilayəti ilə sərhədə yaxın ərazidə yerləşir.

Rostov vilayətinin qarşı tərəfində, Proletarskda Ukrayna pilotsuz təyyarələrinin endirdiyi zərbədən sonra baş verən böyük neft anbarında yanğın hələ də söndürülməyib - baza on gündür yanır.

Nigar,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
15
sitat.info

10Mənbələr