AZ

İran agentliyi Bakıdan yazdı: İndi əsas dəhlizlərdir…

“Qərb dövlətlərinin iştirakının azalması və Rusiyanın Ukraynadakı müharibəyə diqqət yetirməsi Azərbaycana xarici siyasət sahəsində manevr etmək üçün daha geniş imkanlar yaratdı”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər “Tasnim” Agentliyinin “Azərbaycan Çinə yaxınlaşır” başlıqlı yazısındandır.
Agentlik təhlili məqaləsində qeyd edir ki, bu hadisə nəticədə Bakının Türkiyə və İranla münasibətlərini dərinləşdirməsinə və Çinin regionda daha geniş rol oynamağa dəvət edə bilməsinə gətirib çıxardı.
İran nəşri hesab edir ki, Orta Dəhliz mühüm məsələdir və Bakının bu məsələdə Pekinin dəstəyinə ehtiyacı var.
Amma “Tasnim” Pekinə yanaşmanı Bakı üçün cəlbedici edən təkcə ticarət və investisiya məsələləri olmadığını da vurğulayıb. “Çin regionun sürətlə dəyişən geosiyasi mühitində Azərbaycanın etibar edə biləcəyi mühüm tərəfdaşdır”.
İran mediası maraqlı bir məqama da toxunub. Məqalədə yazılır ki, əgər əvvəllər Bakı öz enerji resurslarından Qərblə münasibətlərində rıçaq kimi istifadə edə bilirdisə, indi beynəlxalq ticarət dəhlizləri Azərbaycanın xarici siyasətində strateji əhəmiyyətli alətlərdir.

Seçilən
103
2
tribunainfo.az

3Mənbələr