AZ

“Millət vəkili olanda xaricə səfərlər zamanı boş-boş gəzirdik” - İran prezidenti

 

İran prezidenti Məsud Pezeşkian dünən ölkənin xarici işlər naziri Abbas Əraqçının rəsmi şəkildə vəzifəsinin icrasına başlaması mərasimində millət vəkili olarkən xaricə səfərləri zamanı gülünc gerçəkləri səmimi və dürüst şəkildə etiraf edib.Missiya.Az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.“Mən millət vəkili olarkən İran parlamentinin dostluq qrupları bizi başqa ölkələrə səfərə göndərirdilər. Bizi xaricə göndərən parlament rəsmisindən soruşurduq ki, orada nə etməliyik? Yəni hakimiyyət məndən rəsmi nümayəndə kimi nə etməyimi istəyir? Xaricə yollanarkən nə etməliyəm, iqtisadi, mədəni münasibətlərdə bir nəticə əldə etməliyik? Vallah həmin rəsmidən heç bir cavab ala bilmədik. Səfərə gedib boş-boş dolanıb, geri qayıdırdıq, heç nə etmirdik”, -deyə  Məsud Pezeşkian əlavə edib.Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
6
missiya.az

2Mənbələr