AZ

İtaliya millisinin üzvü "Liverpul"da

"Yuventus"un futbolçusu Federiko Kyeza karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, italyan vinger "Liverpul"a keçəcək. Kyeza artıq keçidi tamamlamaq üçün İngiltərəyə yola düşüb.

"Liverpul" 26 yaşlı ön xətt oyunçusu üçün "Yuventus"a 13 milyon avro təzminat ödəyəcək. Futbolçu özü isə yeni klubu ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Yuventus" Federiko Kyezanı 2020-ci ilin oktyabr ayında "Fiorentina"dan transfer edib. İtaliya millisinin üzvü Turin təmsilçisinin heyətində keçirdiyi 131 rəsmi matçda 32 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
18
sportal.az

5Mənbələr