Avqustun 28-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin birgə əməliyyatı nəticəsində Rostov vilayətinin Kamensk-Şaxtinsk yaxınlığındakı Rusiya neft bazası Ukrayna istehsalı olan PUA-lar tərəfindən vurulub.
“Rosrezerv Atlas” zavodu Rusiya hərbi-sənaye kompleksinin bir hissəsidir və bilavasitə Rusiya işğalçı qüvvələrinə dəstək verməkdə iştirak edir. Hadisə şahidlərinə istinadən media mənbələrinin vurğuladığına görə, neft bazasının çənlərində yanğın hələ də davam edir.
//Samir Qurbanov, Editor.az