AZ

Türkiyə qoşunlarının Suriyadan çıxarmaq üçün 4 şərt qoyub

Türkiyə siyasətçiləri Dəməşq və Ankara arasında münasibətlərin normallaşması və Türkiyə qoşunlarının Suriya ərazisindən çıxarılmasının mümkün olacağı dörd şərt müəyyən ediblər. 

Qaynarinfo bu barədə "CNN Turk"ə istinadən xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin telekanala verdiyi məlumata görə, dövlətlər arasında münasibətlərin normallaşmasının ilk şərti suverenliyi qorumaq üçün Suriyada terrorçulardan xilas olmaqdır. İkincisi, Dəməşq BMT Təhlükəsizlik Şurasının Suriyada siyasi böhranın həllini və atəşkəsi nəzərdə tutan 2254 saylı qətnaməsinin müddəalarını həyata keçirməyə başlamalıdır.

Üçüncü şərt, Suriya hakimiyyətinin ölkədən qaçmış qaçqınların geri qayıtması üçün şərait yaratması, dördüncüsü isə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının nəzarətində olan ərazilərə humanitar yardımların müntəzəm çatdırılmasıdır.

Jurnalistlər vurğulayıblar ki, bütün şərtlər yerinə yetirilmədikcə, münasibətlərin normallaşdırılması üzrə dialoq irəliləyəcək.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bundan sonra Türkiyə ilə Bəşər Əsəd hökuməti arasında münasibətlər pisləşib. Qardaş ölkə Suriyadan gələn terror təhlükəsinin qarşısını almaq üçün ölkəyə qoşun yeridib. 2024-cü ilin yayında Suriya-Türkiyə münasibətlərinin normallaşması kursu başlayıb.

Avqustun 25-də Əsəd Rusiya, İran və İraqın təmsil olunduğu vasitəçilərin səylərinə baxmayaraq, Suriya ilə Türkiyə arasında yaxınlaşma prosesində irəliləyiş olmadığını bildirib.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
10
qaynarinfo.az

10Mənbələr