AZ

Hansı binalara ildırımötürücü qurğular quraşdırılmalıdır? - VİDEO

Ölkədə ildırımötürücü qurğuların quraşdırılması binaların layihə həllərinə uyğun olaraq, onların təyinatı nəzərə alınmaqla həyata keçirilir.

Avtosfer.az xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev müsahibəsində bildirdi. Onun sözlərinə görə, binalarda və sənaye kommunikasiyalarında ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat mövcuddur.

İctimai əhəmiyyətli binalarda, yaşayış binalarında və insanların kütləvi toplaşdığı binalarda isə ildırımdan mühafizə qurğuları onların yerləşdiyi coğrafi ərazilər nəzərə alınmaqla quraşdırılır.

Hazırda ölkədə ildırımdüşmə statistikasına görə, birinci sırada qərb və şimal-qərb bölgəsi durur.

Onu da bildirək ki, ildırımdüşmə ərazilərindən asılı olmayaraq obyektini yanğın riskindən qorumaq istəyən hər bir şəxs ixtisaslaşmış təşkilatlara müraciət etməklə ildırımötürücü qurğuları quraşdıra bilər.

Ətraflı videomaterialda.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
avtosfer.az

2Mənbələr