“Telegram”ın həmtəsisçisi Pavel Durov çərşənbə günü Parisdə ona qarşı irəli sürülən ittihamlardan birinə görə 10 ilədək həbs cəzası ala bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paris prokurorluğunun TASS-a daxil olan bəyanatında deyilir.
“Cinayətkar qrupun tərkibində qeyri-qanuni əməliyyatların aparılmasına imkan yaratmaq məqsədi ilə şəbəkə platformasının idarə edilməsində şəriklik (maksimum cəza 10 il həbs və 500 min avro məbləğində cərimə)”, - deyə məlumatda bildirilir.
Qalan ittihamlar isə səlahiyyətli orqanlara qanuni prosedur çərçivəsində məlumatların ələ keçirilməsi imkanının verilməsindən imtina, uşaq pornoqrafiyası və narkotik vasitələrin yayılması da daxil olmaqla proqram təminatının təmin edilməsi kimi müxtəlif cinayətlərdə iştirak və fırıldaq kimi maddələrdən ibarətdir.