AZ

Gürcüstan Konstitusiya Məhkəməsi xarici agentlər haqqında qanuna qarşı iddiaya baxır

Gürcüstan Konstitusiya Məhkəməsi (KM) prezidentin, müxalifətin, QHT-lərin və jurnalistlərin “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı iddiaları ilə bağlı ilk iclasını keçirir.

Ucnoqta.az xəbər verir ki, iclas Youtube-dakı CC kanalında yayımlanır.
Plenar iclasın açılışını Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Merab Turava elan edib.

İclasda prezidentin tərəfini keçmiş deputat Eka Beseliya və keçmiş ictimai müdafiəçinin müavini Georgi Burcanadze təmsil edir.
Müxalifətdən deputatlar Tamar Kordzaia və Anna Natsvlişvili çıxış edəcəklər.
Qanunun təşəbbüskarı və dəstəkçisi olan hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının nümayəndələrinə gəlincə, məhkəmədə parlamentin hüquq komitəsinin aparatının nümayəndələri Levan Kasradze, Levan Qavtadze və Kristine Kuprava iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
13
ucnoqta.az

10Mənbələr