AZ

Avropa ölkələri Azərbaycan fındığının alışını kəskin azaldıblar

Rusiyadan sonra Azərbaycan fındığının ən iri  müştəriləri Avropa ölkələri bu il alış həcmini azaldıblar.

Banker.az xəbər verir ki, Avropa ölkələri 2024-cü ilin birinci yarısında 1 887 tonluq qabığı təmizlənmiş fındıq alıblar. Bunun dəyəri cəmi 13.91 mln. dollar olub.

Bu da həcmin İllik müqayisədə 2 735 ton (59 faiz) azalması deməkdir.

Avropadan Azərbaycan fındığının ən iri alıcısı Almaniya ixrac həcmini 60 faiz azarladaraq 900 tona ($6,88 mln.) endirib.

Qabığı təmizlənən fındığın ixrac həcminin Avropa istiqamətinə kəskin enişi fonunda Rusiyaya cəmi 7 faiz azalıb. Belə ki, keçən yarımildə cəmi 5 236 ton ($31.28 mln.) şimal qonşumuza fındıq satılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Rusiyanın payı son bir ildə 48 faizdən 65 faizə qədər yüksəlib.

34534534535

Seçilən
157
23
banker.az

10Mənbələr