AZ

Salyanda dəhşətli qətl: Toydan çıxan kişi öldürüldü — TƏFƏRRÜAT

Salyan rayonunda 1991-ci il təvəllüdlü İnsanağa Əsgərov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi, 1970-ci il təvəllüdlü Natiq Əhmədovu qətlə yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 24 may 2022-ci ildə baş verib. İnsanağa həmin gün gecə saatlarında sərxoş vəziyyətdə Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ilə piyada hərəkət edərkən Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkın əsas girişinin qarşısından keçmiş, əvvəllər tanımadığı Natiq və onun bacısı övladına təhqiredici sözlər deməklə siqaret istəyib. 

Sonuncuların ona əhəmiyyət verməyib və getmələrindən hiddətlənib. İnsanağa yenidən Natiq Əhmədov və bacısı oğlunu təhqiredici sözlər deməklə arxalarınca gedib. Göstərilən hərəkətləri ilə Natiq Əhmədovla arasında mübahisə və dalaşmanın yaranmasına təşəbbüskar olmaqla sonuncunu qəsdən münaqişəyə cəlb edib. 
İnsanağa Natiq Əhmədova ona siqaret vermədiklərini deyib, öz şəxsiyyətini Natiq Əhmədovun şəxsiyyətinin fövqündə qoyaraq onunla əlbəyaxa olub. Onlar dartışa-dartışa səki ilə Salyan şəhəri, Təbriz Xəlilbəyli və Ənvər Qasımzadə küçələrinin kəsişməsi istiqamətində bir neçə metr gedib, avtomobil yoluna çıxdıqdan sonra yolun kənarında Natiq Əhmədovu xuliqanlıq niyyətilə qəsdən öldürmək məqsədilə, üzərində gəzdirdiyi ülgücü və küpü olan, yastı tiyə tipli məlum olmayan deşici-kəsici alətlə sonuncuya üç dəfə zərbələr vurub. Natiq Əhmədov aldığı zərbələrdən ölüb. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Natiq Əhmədov özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib. 

Natiq ifadəsində göstərib ki, 23 may 2022-ci ildə dostları ilə spirtli içki qəbul etdiyinə görə sərxoş olub, siqaret almaq üçün olduğu kafedən çıxanda orada saxladığı, özünə məxsus olmuş qatlanan cib bıçağını hər hansı məqsəd olmadan götürüb və üzərində saxlayıb: “Mayın 24-nə keçən gecə qonşum Ramil ilə Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkın əsas girişində söhbət edərkən əvvəllər tanımadığım Natiq və onun yanında olan Vasiflə parkın qarşısından keçdiklərini gördüm. Onlardan uca səslə siqaret istədim. Bu vaxt onlardan hansısa gülümsədi. Bundan əsəbiləşərək onlara “a kişi oğlu mən sizdən siqaret istədim, nəyə gülürsüz?” dedim. Onlar hərəkətlərini davam etdirdi. Natiq mənə təhqiredici sözlə “çıx get” dedi. Buna görə də onların arxasınca gedərək, Natiqə “a kişi mən siqaret istədim, məni niyə söyürsən” dedim. Natiq geri çevrilərək üzərimə gəldi və səkidə sinəmə yumruqla zərbə vurdu. Zərbənin təsirindən arxası üstə yerə yıxıldım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Natiq onun üzərinə gəlmək istəyəndə ayağa qalxıb: “Natiq təkrarən üzərimə gəldi, əli ilə sinəmdən itələdi. Nəticədə şam ağaclarının arasından asfalt yola yıxıldım. Vasif Natiqi saxlamağa çalışsa da, mən ayağa qalxanadək Natiq mənə  təhqiredici sözlər dedi, yenə də üzərimə gəldi. Mən həm Natiqin dediyi təhqiredici sözlərdən əsəbiləşdiyimə, həm də özümü Natiqdən müdafiə etməyim zəruri olduğuna görə şalvarımın belində gizlətdiyim qatlanan cib bıçağımı çıxardım, düyməsini basaraq tiyəsini açdım. Natiqin məndən kənarlaşmasına nail olmaq məqsədilə bıçağı iki dəfə onun qarşısında sağa-sola doğru hərəkət etdirdim. Sonuncu buna məhəl qoymadı, üzərimə gəldi. Buna görə də özümü Natiqdən qorumaq məqsədilə bıçağı onun  qarşısında sağa-sola doğru hərəkət etdirməkdə davam etdim. Natiqin üzərimə gəldiyi vaxt əlimdəki bıçağın ehtiyatsızğından Natiqə dəydiyini hiss etdim. Dərhal hadisə yerindən qaçdım. Cinayətin aləti olan bıçağı Kür çayına atdım. Bundan sonra tanımadığım polis əməkdaşı mənim mobil nömrəmə zəng etdi, məndən təslim olmağım üçün Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən “Nobat” kafesinin qarşısına gəlməyimi tələb etdi. Buna görə də həmin əraziyə gəldim, polis əməkdaşları məni saxladılar. Bu səbəbdən polisə könüllü gələrək təqsirimi boynuma aldığımı hesab edirəm”. 

İş üzrə zərərçəkmiş Natiq Əhmədovun hüquqi varisi qismində ifadə verən oğlunun sözlərinə görə, mayın 23-də, saat 23:45-də atası Natiq bacısı övladı Vasif ilə birlikdə toy məclisindən yaşadıqları evə sərxoş vəziyyətdə gəlib: “Bir neçə dəqiqə sonra çay içmək məqsədilə Vasifin qayınatası evinə getmək üçün yaşadığımız evdən çıxdılar. Bundan bir neçə dəqiqə sonra atamın öldüyü barədə məlumat verildi. Sonradan iş üzrə cinayət hadisəsinin Vasifin ifadəsində göstərdiyi kimi baş verdiyini eşitdim. Təqsirləndirilən şəxsin atamı münaqişəyə cəlb etməklə xuliqanlıq niyyətilə qəsdən öldürüb. Təqsirləndirilən şəxslə barışmıram. Ona qarşı şikayət və tələbim var”.

İş üzrə şahid qismində ifadə verən Vasifin sözlərinə görə, mayın 23-də, saat 23:45-də dayısı Natiq ilə toy məclisindən çıxıb və onun yaşadığı evə gəliblər: “Natiqlə toy məclisində spirtli içki qəbul etdiklərinə görə sərxoş vəziyyətdə olmuşuqş Natiqin təklifi ilə çay içmək məqsədilə onun qayınatasıgilə getmək üçün evdən çıxdıq. Natiqlə Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ilə piyada hərəkətdə olarkən park tərəfdə dayanmış, əvvəllər tanımadığım İnsanağa ünvanımıza uca səslə təhqiredici söz deməklə siqaret istədi. İnsanağaya əhəmiyyət vermədik, hərəkət etdik. İnsanağa yenə də ünvanımıza təhqiredici söz dedi, bizə tərəf gəldi. Həmin vaxt İnsanağanın sərxoş vəziyyətdə olduğunu gördüm. Orada olan Ramil yanımda olmuş İnsanağanı sakitləşdirməyə çalışsam da, sonuncu Ramilə də məhəl qoymadı, yenə də ünvanıma təhqiredici sözlər deyətək bizə tərəf gəldi. Bu anda Natiq İnsanağanın dediyi təhqiredici sözlərə dözmədi, geri döndü və ona tərəf qaçdı. Sonra Natiq və İnsanağanın parkın əsas girişindən bir qədər aralıdakı ağaclar olan yerdə bir-biri ilə əlbəyaxa olaraq dalaşdıqlarını, İnsanağanın yerə yıxıldıqdan dərhal sonra ayağa qalxaraq hadisə yerindən qaçdığını, Natiqin isə yola üzü üstə yıxıldığını gördüm. Natiqə yaxınlaşanda sinə nahiyəsindən qan axdığını gördüyümə görə İnsanağanın hər hansı səbəb olmadan onu bıçaqla vurduğunu başa düşdüm. Mən Natiqə tibbi yardım göstərilməsi üçün “103” xidmətinə zəng etdim və yaxınlıqda xidmət etmiş polis əməkdaşına məlumat verdim. Buna görə də sonuncu digər polis əməkdaşı ilə birlikdə hadisə yerinə gəldi. Hadisə zamanı Natiq İnsanağanın ünvanına təhqiredici söz demədi”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İnsanağa 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demmokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
demokrat.az

10Mənbələr