“İslami Cihad”ın kəşfiyyat qüvvələrinin komandiri zərərsizləşdirilib
“İsrail Müdafiə Qüvvələri (IDF) son 24 saat ərzində Qəzza zolağının mərkəzi və cənub hissələrində gedən döyüşlər zamanı onlarla terrorçunu, o cümlədən Fələstinin “İslami Cihad” qruplaşmasının kəşfiyyat qüvvələrinin komandiri Usamə Cədallahı zərərsizləşdirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, Cədallah anklavın cənubundakı Xan Yunis şəhəri yaxınlığında öldürülüb.
IDF-nin məlumatına görə, o, 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edib.
Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 40 hərbi obyektə zərbələr endirib.