AZ

Rusiyada badamcıqları çıxarılan 20 yaşlı azərbaycanlı öldü

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı gənc əməliyyatdan sonra ölüb. 

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Dunay prospektində yerləşən özəl klinikalardan birində baş verib. Xəstə badamcıqlarının çıxarılması əməliyyatından sonra dünyasını dəyişib. 

Bu barədə tibb müəssisəsinin administratoru polisə müraciətində bildirib. O, klinikada hadisə olduğunu deyib. Müəyyən edilib ki, 20 yaşlı oğlanın badamcıqları kəsilib. 

Ölümün səbəbini müəyyən etmək üçün meyit məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. 

İstintaq Komitəsi araşdırma aparır. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
9
yenisabah.az

10Mənbələr