AZ

Bu prospektdə qarışıqlıq var:İşıqfor dayanacaqda quraşdırılıb, ardınca “zebra” gəlir..- FOTO

Paytaxtın Xətai rayonu, Gəncə prospektində salınmış dayanacaqlardan birində xoşagəlməz mənzərə mövcuddur.

Avtosfer.az-ın məlumatına görə, bununla bağlı fotoşəkil sosial şəbəkədə müzakirələrə səbəb olub. Görüntüdən aydın olduğu kimi, işıqfor dayanacaq məntəqəsində quraşdırılıb. Belə ki, sözügedən ərazidən keçən avtobuslar qırmızıda dayanırlar. Yaşıl işıqda nəqliyyat vasitələri hərəkətə başladığı zaman isə avtobus sürücüləri işıqfordan həmən sonra yerləşən dayanacaqda yenidən saxlayaraq sərnişin mindirib-düşürürlər. Nəticədə onlar digər nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədirlər. 

Digər tərəfdən dayanacaqdan sonra eyni səviyyəli piyada keçidi təşkil edilib. Məlumdur ki, Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə əsasən, dayanacaq məntəqələri piyada keçidlərindən sonra quraşdırılmalı və avtobusların yanalma sahəsi ilə keçidin arasında minimum 5 metr məsafə olmalıdır. 

Prospektdəki problem bununla da bitmir. Belə ki, işıqfor quraşdırılan səkinin daş örtüyü yoxdur. Bu isə piyadaların rahat şəkildə hərəkətinə maneə yaradır. 

Qeyd edək ki, dayancaqdan 5 marşrut üzrə avtobus keçir. 

Nərmin

FOTO QALEREYA
Seçilən
82
avtosfer.az

1Mənbələr