AZ

Çinin yuanla ödənişləri növbəti rekorda imza atdı

Çində transsərhəd əməliyyatlarda yuanın istifadəsi bu il rekord həddə çatıb. 

HİT.az xəbər verir ki, "Financial Times" bu barədə Çin Xalq Respublikasının Dövlət Valyuta Administrasiyasının (SAFE) məlumatlarına istinadən yazır.

İyul ayında Çinə daxil olan və gedən əməliyyatların 53%-i yuanla aparılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz bəndi çoxdur. Bu məlumatlar əsasən ticarət hesablaşmalarını əks etdirir, eyni zamanda investisiya axını və borc ödənişlərini də əhatə edir.

Beynəlxalq ödənişlərdə Çin valyutasından istifadənin artması ABŞ sanksiyalarının tətbiqindən sonra əlavə təkan aldı və bu, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra dollarla əməliyyatlar aparmaq imkanını məhdudlaşdırdı. 2023-cü ilin fevralında Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina hesablaşmalar, maliyyə əməliyyatları və depozitlər üçün yuanın istifadəsinin “kəskin artımını” elan edib.

Beynəlxalq ödənişlərdə yuanın artan istifadəsinə baxmayaraq, o, qlobal miqyasda hələ də ABŞ dollarından əhəmiyyətli dərəcədə aşağıdır. "Swift" beynəlxalq ödəniş sisteminin məlumatına görə, yuan dollar, avro və funt sterlinqdən sonra qlobal ödənişlərin cəmi 4,74%-ni təşkil edir.

Ötən həftə məlum olub ki, Çin Xalq Bankı yuana dəstəyini tədricən yumşaltmağa başlayıb və bu, valyutanın həddindən artıq möhkəmlənməsinə imkan vermək istəmədiyini göstərir. Rəsmi məzənnə ilə bazar təxminləri arasında fərq son bir ilin minimum həddinə çatıb. Çünki daha güclü yuan iqtisadiyyatın bərpasına mane ola bilər və Çin aktivlərinin cəlbediciliyini azalda bilər.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
30
hit.az

10Mənbələr