“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun işçilərinə pul hədiyyə edib.
QOL.az “The Times” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis əsas komandanın təxminən 60-70 nəfər işçisinin hər birinə 10 min funt sterlinq məbləğində pul verib. Sözügedən işçilərin arasında aşpazlar, terapevtlər, mühavizəçilər də var.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisidir. Ötən mövsüm "şəhərlilər" “Arsenal” və “Liverpul”u geridə qoyaraq İngiltərə Premyer Liqasının çempionu olublar.