Serxio Ramos 2023/24 mövsümünün sonunda “Sevilya”dan ayrıldı.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı Səudiyyə Ərəbistanına köçməyə hazırlaşır.
Belə ki, 38 yaşlı müdafiəçi “Əl-Oruba” klubu ilə danışıqlar aparmağa razılaşıb. Bu komanda ötən mövsümün sonunda yüksək liqaya yüksəlib.
“Əl-Oruba” Səudiyyə Ərəbistanı çempionatında yaxşı start götürməyib. Komanda keçirdiyi hər iki matçda 1:4 hesablı məğlubiyyətə üzülüb.
Ramos uzun müddət Avropada çıxış etdikdən sonra indi özünü Yaxın Şərqdə sınayacaq.