AZ

Beşiktaş doğma meydanda qol şousu ilə qrup mərhələsinə yüksəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə İsveçrənin "Luqano" komandasını darmadağın edərək, 5:1 hesabı ilə qrup mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, İstanbulun "Tüpraş" Stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin qollarını 7-ci və 71-ci dəqiqələrdə Çiro İmmobile, 65-ci dəqiqədə Qedson Fernandes, 70-ci dəqiqədə Rafa Silva və 90+2-ci dəqiqədə Salih Uçan vurublar. Qonaqların yeganə qolunu isə 59-cu dəqiqədə Şkelqim Vladi vurub.
Beləliklə, bu qələbə sayəsində "Beşiktaş" UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. "Luqano" isə mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.
Seçilən
115
50
oxu.az

10Mənbələr