“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun işçilərinə pul hədiyyə edib.
Bizim.Media “The Times” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis əsas komandanın təxminən 60-70 nəfər işçisinin hər birinə 10 min funt sterlinq məbləğində pul verib.
Sözügedən işçilərin arasında aşpazlar, terapevtlər, mühavizəçilər də var.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisidir. Ötən mövsüm "şəhərlilər" “Arsenal” və “Liverpul”u geridə qoyaraq İngiltərə Premyer Liqasının çempionu olublar.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta