AZ

Yeni Kaledoniyada müstəqillik tərəfdarları yerli parlamentin rəhbəri postunu itiriblər

Yeni Kaledoniyada müstəqillik tərəfdarları yerli parlamentin rəhbəri postunu itiriblər

Fransanın Yeni Kaledoniya regionunda yerli Konqresin rəhbərliyində dəyişiklik olub.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, 2019-cu ildən hər il təkrar seçilən Roş Vamitan (Kaledoniya İttifaqı Partiyası) bu dəfə seçkiləri uduzub. Onu Konqresin rəhbəri postunda Okeaniyanın Oyanışı Partiyasının sədri Velma Faleo əvəzləyib. Faleo həm də Kaledoniyada bu posta seçilən ilk qadındır.

Vamitan səsvermənin birinci turunda qalib gəlsə də, ikinci turda müstəqillik əleyhdarı olan namizədlərin mübarizədən çəkilməsi yerli ictimaiyyətin çox da tanımadığı namizədin yolunu açıb. Halbuki, Faleonun partiyasının 54 nəfərlik Konqresdə cəmi 3 nümayəndəsi var.

Müstəqillik əleyhdarı siyasi qüvvələr seçkilərin nəticələrindən razı qalıb.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
ilk.az

10Mənbələr