AZ

Ancelina Coli qırmızı xalıda... - Fotolar + Video

Hollivud aktrisası Ancelina Coli “Mariya” filminin premyerası üçün qatıldığı 81-ci Venesiya Film Festivalında görüntülənib.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, Coli qırmızı xalıda qəhvəyi uzun libası ilə göz qamaşdırıb.

Aktrisa süni xəz və qızıl çiçək sancağı ilə geyimini tamamlayıb.

Filmdə məşhur opera müğənnisi “Mariya Kallas” obrazını canlandıran ulduz sarı saçlarını çiyinlərinə ataraq qırmızı dodaq boyası ilə üz cizgilərini önə çıxarıb.

Rejissor Pablo Larrainin lentə aldığı, “Oskar” mükafatına əsas namizəd olan “Mariya” filminin 8 dəqiqə ayaqda alqışlanması onu kövrəldib.

Ancelina Colinin festivaldan görüntülərini təqdim edirik: 










Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
22
qafqazinfo.az

10Mənbələr