AZ

COP29-da əlavə öhdəliklər götürəcəyik - Starmer

Böyük Britaniya hökuməti BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da istixana qazları emissiyalarının azaldılması ilə bağlı əlavə öhdəliklər götürməyi nəzərdən keçirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu planın qlobal emissiyaların azaldılmasına kömək olacağı və digər ölkələri də eyni addımı atmağa təşviq edəcəyinə ümid edilir.

Bildirilib ki, Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Miliband yeni hədəfi əvvəlcədən elan etməyi planlaşdırır və Baş nazir Keyr Starmer də Böyük Britaniyanın iqlim müzakirələrində beynəlxalq səhnədə lider mövqeyinə yüksəlməsində maraqlıdır.

Keyr Starmer müxalifətin lideri olduğu vaxt COP28-də iştirak edib. O, noyabrda Azərbaycanda keçiriləcək COP29-a dəvət olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
8
milli.az

10Mənbələr