AZ

Azərbaycana Rusiyadan kənd təsərrüfatı ixracı: Biznes missiyası sentyabrda baş tutacaq

Rusiya Federasiyasının Kənd Təsərrüfatı Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzi (“Aqroeksport”) gələn ayın sonunda Azərbaycana biznes missiya təşkil edəcək.

Fins.az xəbər verir ki, "Aqroeksport" məlumat yayıb.

Məlumata görə, işgüzar missiyanın Bakıya səfəri sentyabrın 24-26-na planlaşdırılıb. Nümayəndə heyətində Azərbaycana kənd təsərrüfatı məhsulları ixrac edən Rusiya şirkətləri təmsil olunacaq.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Bu dövrdə Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Rusiyaya əsasən meyvə-tərəvəz, meyvə şirələri, ilkin formalı propilen sopolimerləri və digər məhsullar tədarük edilib.

Bununla yanaşı, cari ilin ilk yeddi ayında Azərbaycanla Rusiya arasında ümumi ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 9,6%-ni təşkil edib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
16
fins.az

10Mənbələr