AZ

“Kəpəz” yenə ona tapşırıldı

Ötən gün Adil Şükürovla yollarını ayırmağa qərar verən “Kəpəz” rəhbərliyi komandaya müvəqqəti baş məşqçi təyin edib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda müvəqqəti olaraq əvəzedici heyətin baş məşqisi Xaliq Mərdanova tapşırılıb. O, kollektivi Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sabah”la matça hazırlayacaq. 53 yaşlı mütəxəssis çempionat matçında kollektivi meydana çıxaracaq.

Xatırladaq ki, Xaliq Mərdanov uzun illərdir Gəncə klubunun əvəzedici komandasını çalışdırır. O, ötən ilin sonunda Azər Məmmədovun istefasından sonra da müvəqqəti olaraq əsas komandaya rəhbərlik etmişdi. Adil Şükürovun baş məşqçi təyin olunmasından sonra isə Mərdanov öz işinə dönmüşdü. İndi eyni proses yenidən təkrarlanır.

Qeyd edək ki, “Kəpəz” sabah Premyer Liqanın 5-ci turu çərçivəsində “Sabah”la qarşılaşacaq. Avqustun 31-də Tovuz şəhər stadionunda keçiriləcək bu oyuna saat 19:30-da start veriləcək.

Seçilən
104
6
arena.az

5Mənbələr