AZ

Azərbaycan millisinin heyəti açıqlandı: Santosun ilk seçimi

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2024/2025 mövsümündəki ilk iki oyun üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernando Santos qarşıdakı İsveç və Slovakiya ilə oyunlara çağırdığı futbolçuların siyahısını bu gün təşkil olunmuş xüsusi mətbuat konfransında açıqlayıb.

Portuqaliyalı mütəxəssis yığmamızın “sükanı arxası”nda ilk dəfə müəyyənləşdirdiyi heyətə 24 futbolçu daxil edib. Bu oyunçular sentyabrın 5-də Bakıda İsveç, 8-də Koşitsedə Slovakiyaya qarşı görüşlərdə Santosun sərəncamında olacaq.

Qeyd edək ki, millimiz qarşıdakı oyunlara hazırlıq məqsədilə sentyabrın 2-dən təlim-məşq toplanışına başlayacaq.

Azərbaycan millisinin heyətində yer almış futbolçuların siyahısı isə belədir:

Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Mehdi Cənnətov (“Sumqayıt”), Yusif İmanov (“Sabah”);

Müdafiəçilər: Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Toral Bayramov, Abbas Hüseynov (hamısı “Qarabağ”), Qismət Alıyev, Ceyhun Nuriyev (hər ikisi “Zirə”), Rahil Məmmədov (“Radomyak”, Polşa), Amin Seydiyev (“Sabah”), Şəhriyar Əliyev (“Turan Tovuz”);

Yarımmədafiçilər: Aleksey İsayev (“Qarabağ”), Elvin Camalov (hər ikisi “Sabah”), Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə), Emin Mahmudov (“Neftçi”),Ozan Can Kökcü (HJK, Finlandiya), Emil Mustafayev (“Polesye”, Ukrayna), Xəyal Nəcəfov (“Turan Tovuz”);

Hücumçular: Rüstəm Əhmədzadə (“Zirə”), Nəriman Axundzadə (“Qarabağ”), Renat Dadaşov (“Ankaragücü”, Türkiyə), Ramil Şeydayev (“Neftçi”).

phrase_var_article.chosen
177
24
arena.az

10phrase_var_article.sources