AZ

Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.

Məhkum Orxan Akif oğlu Azayevlə görüşə gəlmiş anasının üzərinə baxış keçirilən zaman ümumi çəkisi 2,290 qram müxtəlif növ psixotrop maddələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
19
ikisahil.az

10Mənbələr