AZ

Zamandan qovulmuş

Aqşin Yeniseydən şer...

Boş bir dünya düşüb şeytan bəxtinə

Qəlbinə girməyə həmdəmin yoxdu.

Rast gəldin tarixin Tufan vaxtına

Nuhsan, suların var, bir gəmin yoxdu.

Atdı torpaq səni, tutdu qum səni

Qovdu səhralarda bir səmum səni

Özünə qazdırdı bu uçrum səni

Yıxıldın gördün ki, dib, zəmin yoxdu.

Seyr et üfüqlərdə arzularını

Çırpma saçlarından əcəl qarını

Qucaqla qan daman şaqqalarını

Baxıb deməsinlər dözümün yoxdu.

Söylə son nitqini, ya son kəlməni

Səbri yox kimsənin gözləsin səni

Necə oxuyasan bu son nəğməni?

Bir sazın, bir pərdən, bir simin yoxdu.

Meşə pafosudu dünyanın varı

Ac qal, içindəki heyvandan arın!

Bir ömür düşün ki, qarğabazarı

Bir vətən düşün ki, heç kimin yoxdu.

Aqşin Yenisey

visiontv.az



Seçilən
42
visiontv.az

1Mənbələr