AZ

"Qəbələ" ukraynalı futbolçusu ilə vidalaşdı

"Qəbələ” ukraynalı futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-ci ilin iyulundan "Qəbələ”də çıxış edən Zurab "qırmızı-qara” formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan kubokunda 3 oyunda iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
31
qaynarinfo.az

10Mənbələr