AZ

Azərbaycanda qoturların sayı beş dəfə artıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən il Azərbaycanda 2 561 qoturluq xəstəliyi qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə qoturluq xəstəliyinə yoluxma halları 67% artıb.
Belə ki, 2022-ci ildə Azərbaycanda 1 535 qoturluq xəstəliyi qeydə alınıb.
Məlumat üçün onu da bildirək ki, son 14 il ərzində qoturluq xəstəliyinə yoluxma halı 5 dəfə artıb. 14 il əvvəl - 2010-cu ildə ölkədə 511 qoturluq xəstəliyi qeydə alınıb.
Qoturluğa ən çox yoluxma halı Siyəzən və Xızı rayonlarında, həmçinin Mingəçevir şəhərində qeydə alınıb. Siyəzəndə hər 100 000 nəfərə düşən qoturluq xəstəliyi 439, Xızıda 192, Mingəçevirdə isə 112 olub. Ən az yoluxma halı isə Laçın rayonunda (hər 100 000 nəfərə 1.3 yoluxma) Samux rayonunda (1.7), Şərur rayonunda (1.8) və Kəngərli rayonunda (2.1) qeydə alınıb.
Qeyd edək ki, qoturluq xəstəliyi qoturluq gənəsi (Sarcoptes scabiei) tərəfindən törədilən xəstəlikdir. Qoturluq dəri xəstəlikləri içərisində ən geniş yayılmış xəstəliklərdəndir. Xəstəlik yoluxucu xarakter daşıyır. Təmas, paltar, yataq vasitəsilə asanlıqla yoluxa bilir.
Qoturluq xəstəliyinin əsas əlaməti qaşınma və dəridə olan səpgilərdir. Səpgilər xırda nöqtə şəklində və cüt-cüt yanaşı durur və qaşıdıqda qanayır. Bu nöqtələr gənənin dəriyə giriş və çıxış yollarıdır. Qaşınma bəzən elə güclü olur ki, xəstənin sinir sisteminə təsir edir. Çox vaxt qaşınmadan dəridə dırnaq yerlərinin izi qalır. Hətta qaşınma yerlərindən dəriyə infeksiya düşüb iltihablaşma da baş verə bilir.
Qoturluğun müalicəsi üçün kükürd məlhəmindən istifadə edilir. Bu məlhəmi 4-6 gün ərzində gündə 1-2 dəfə bədənə sürtürlər. Bütün müalicə günləri alt paltar və yataq camaşırı dəyişilmir və yuyunmaya icazə verilmir. Göstərilən müddət keçdikdən sonra xəstə isti su və sabunla yuyunur və onun alt paltarı, yataq camaşırı dəyişilir.
Seçilən
34
50
oxu.az

10Mənbələr