AZ

Adam oğurluğunda təqsirləndirilən Pakistan vətəndaşlarına hökm oxunub

Bakıda adam oğurluğunda təqsirləndirilən Pakistan vətəndaşlarının məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Adam oğurluğu, quldurluq və hədə qorxu ilə tələb etmədə təqsirli bilinən Pakistan vətəndaşları Abbas Muhammad İbraheem Muhammad, Muzammil Muhammad Boota Muhammad, Mukhtar Mohsin Ahmad Mukhtar 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Prokuror onların 13 il azadlıqdan məhrum olunmasını istəyib.

Qeyd edək ki, iş üzrə 3 nəfər Pakistan vətəndaşı Khushnam ali muhammad Riaz Awan, Muhammad Riaz Awan Khuda Bukash Awan,
Shahzad Ali Khuda Bukhs Awan zərərşəkən kimi tanınıb.

Emin Şirvanzadə

Seçilən
18
8
far.az

10Mənbələr