“Microsoft-“un istifadəçilər arasında mübahisələrə səbəb olan süni intellekt dəstəkli “Recall” funksiyası artıq sistemdən silinə bilər.
İndex.az xəbər verir ki, “Microsoft” tərtibatçıları “Windows 11” üçün “KB5041865” avqust kumulyativ yeniləməsini buraxıb.
Bu yeniləmə sayəsində “Recall” funksiyasına faydalı dəyişikliklər gətiriləcək.
Belə ki, indi bu komponenti sistemdən tamamilə çıxarmaq mümkündür.
Əvvəllər “Windows 11” istifadəçiləri yalnız bu komponenti bloklaya və ya söndürə bilərdi.