AZ

Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlıq yüksək səviyyədə təşkil edilib - Pakistan MSK-nın sədri

“Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlıq yüksək səviyyədə təşkil edilib”. SİA xəbər verir ki, “Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu Pakistan Mərkəzi Seçki Komissiyasının sədri Sultan Mohammad avqustun 30-da Bakıda Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşü zamanı deyib.

O, Pakistanın Azərbaycana dost ölkə olduğunu, ölkəmizin ərazi bütövlüyü məsələsində rəsmi İslamabada hər zaman dəstək göstərdiyini vurğulayıb.

“Qardaş ölkə Azərbaycan əlamətdar gün, növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Əminik ki, bu seçkilər də ölkənin Seçki Məcəlləsinə tam uyğun şəkildə, şəffaf və ədalətli keçəcək”, - deyə Pakistan MSK-nın sədri vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
16
sia.az

10Mənbələr