AZ

Azərbaycan Ordusunda hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir - VİDEO

Azərbaycan Ordusunda hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir - VİDEO




Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir.Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.Məşqlər zamanı paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, eləcə də uçuş heyəti tərəfindən praktiki paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar icra olunur.Həmçinin, təyin olunmuş nöqtəyə havadan yüklərin atılması üzrə fəaliyyətlər də yerinə yetirilir.Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldildiyi məşqlərdə şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirlər.




Xəbərin oxunma sayı :
79

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
34
azfakt.com

10Mənbələr