AZ

Rusiyaya gələn əcnəbilərdən biometrik məlumatlar tələb olunacaq

Dekabrın 1-dən Rusiyaya daxil olan demək olar ki, bütün əcnəbilərdən biometrik məlumatları – üz şəkli və barmaq izləri – təqdim etmələri tələb olunacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə ki, bu barədə yerli KİV məlumat yayıb.

Ətraflı Bildirilib ki, prosedurdan yalnız Belarus vətəndaşları, 6 yaşdan kiçik uşaqlar və diplomatlar azad ediləcək.

Rəqəmsal İnkişaf Nazirliyinin təklif etdiyi yeni qaydaların hələlik təcrübə kimi tətbiq edilməsi planlaşdırılır. Birinci mərhələdə prosedur Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında, həmçinin Orenburq vilayətinin Maştakovo keçid məntəqəsində həyata keçiriləcək.

İkinci mərhələdə – 30 iyun 2025-ci il tarixindən etibarən bütün Rusiya sərhəd-keçid məntəqələri eksperimentə qoşulacaq.

Təşəbbüs uğurlu hesab edilərsə, təcrübə daimi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
7
7times.az

10Mənbələr