"Fiorentina"nın yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını yenidən Türkiyə çempionatına keçməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 27 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Joze Mourinyonun rəhbərlik etdiyi “Fənərbağça”da çıxış edəcəyini qeyd edib.
Ümumilikdə, “Fiorentina” bu transferdən 18 milyon avro qazanacaq. Mərakeşli futbolçu isə "Fənərbağça" ilə 4 illik müqavilə imzalayacaq.
Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında "Mançester Yunayted"də keçirib və onun üçün 30 oyun keçirib və heç bir qol vurmayıb. Xatırladaq ki, 2022-ci ildə Sofyan Amrabat Afrika yığmasının 4-cü yeri tutduğu Mərakeş millisi ilə dünya çempionatında yarımfinala yüksəlmişdi.