İşğaldan azad olunan bütün ərazilər kimi Füzuli və Xocavənd də yenidən qurulur. Viran qalan kəndlərdə ağıllı kənd modeli tətbiq edilir, Xocavəndin füsunkar təbiətinə xas turizm infrastrukturu qurulur.
Xezerxeber.az xəbər verir ki, Füzuli şəhərində salınan çoxmənzilli binalarda hazırda 822 ailə məskunlaşıb. İndi isə Füzulinin kəndlərində quruculuq işləri davam etdirilir.
Xocavənd rayonunda da bərpa işləri davam etdirilir. İnfrastruktur ərazinin turizm imkanları nəzərə alınaraq qurulur.
Hadrut qəsəbəsində də bərpa prosesinə aid işlər davam etdirilir. Hazırda qəsəbədə söküntü və şaquli planlaşdırma işləri icra edilir. Qəsəbədə 11 yaşayış binasının bərpası və tikintisi nəzərdə tutulur.
Həmçinin 4 ədəd 2 mərtəbəli, 4 mənzilli yeni yaşayış binasının tikintisi nəzərdə tutulur ki, hazırda onların layihələndirilməsi aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.