Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər bayramı münasibətilə Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin məzuniyyət tədbirində çıxış edib.
Azadmedia.az xəbər verir ki, dövlət başçısı tədbirdə Türkiyənin beynəlxalq arenada apardığı mübarizənin əhəmiyyətinə toxunub.
Belə ki, Ərdoğan bildirib ki, Türkiyə heç bir zaman Fələstin, Qəzza, Qüds mübarizəsindən əl çəkmək niyyətində deyil.
Qeyd edib ki, “Qazi Mustafa Kamalın ayaq izinə baxmaq mübarizəmizi anlamaq üçün kifayətdir. Hər kim “Fələstin, Qəzza, Qüdsdən bizə nə?” deyirsə, bu millətin tarixindən xəbərsizdir. Qazi nə üçün Benqazidə idi? Benqaziyə nə üçün getmişdi? Bu vətən eşqi ilə davam edən ruh adamı idi”.