AZ

Keçmiş futbolçu Kursk vilayətinin sakinlərini öldürməyə çağırıb

Moskvanın “Spartak” və “Lokomotiv” klublarının keçmiş futbolçusu Aleksandr Əliyev Ukrayna hərbçilərini Kursk vilayətində dinc sakinləri öldürməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun bəyanatının videosunu Baza Telegram kanalı yayıb. Deyilənlərə görə, Xabarovskda doğulan və 12 yaşına qədər Rusiyada yaşayan Aleksandr Əliyev müraciətini rus dilində yazıb.

Orada o, “cəbhədə olan oğlanları” təkcə Kursk vilayətində irəliləməyə deyil, həm də “bu pis ruhları, mülki insanları öldürməyə” çağırıb.

İddialara görə, Əliyevin atası hərbi pilot, anası isə Kurskdan olub. Bundan əlavə, açıq məlumatlara görə, Əliyevin bəzi qohumları hələ də Kurskda yaşayır.

Əli Babayev

Seçilən
169
31
sia.az

10Mənbələr