AZ

İngiltərədə açıq havada tütün məhsullarından istifadə ilə bağlı qaydalar sərtləşdirilir

İngiltərədə

London, 31 avqust, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Keir Starmer tütün məhsullarından istifadə ilə bağlı sərt qaydaların tətbiq ediləcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, İngiltərədə bəzi açıq məkanlarda siqaret çəkməyin qadağan oluna biləcəyi ilə bağlı xəbərlərə cavab olaraq Keir Starmer Milli Səhiyyə Xidmətinə (NHS) düşən yükü azaltmaq üçün hərəkətə keçməyin lazım olduğunu deyib.

Qadağanın detalları hələ tam olaraq müəyyənləşməsə də, İngiltərədəki açıq havada fəaliyyət göstərən restoranlarda, xəstəxanaların və idman meydançalarının ətrafında siqaret çəkməyin qadağan oluna biləcəyi ehtimal olunur. Səhiyyə mütəxəssisləri bu planları müsbət qarşılasa da, bəzi nazirlər qadağanın turizim sektoruna göstərə biləcəyi təsirdən narahatlıqlarını ifadə ediblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
160
4
azertag.az

5Mənbələr