AZ

Elektrikli "Range Rover"in kamuflyajsız fotoşəkilləri yayımlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Britaniyanın "Land Rover" şirkəti Avropanın yollarında "Range Rover" modelinin elektrikli modifikasiyasının prototipini kamuflyajsız sınaqdan keçirir.
Oxu.Az bu barədə Auto.ru-ya istinadən xəbər verib.
Fotolara əsasən, xarici görünüşünə görə o, benzin versiyasından yalnız cüzi dizayn detalları ilə fərqlənəcək.
Prototipində görünən eksteryer təkmilləşdirmələri yalnız işlənmiş qazburaxma sisteminin borusunun olmaması və orijinal radiator barmaqlığı ilə məhdudlaşır.
Bundan əlavə, "Range Rover" qeyri-adi dərəcədə kompakt təkər diskləri ilə təchiz edilib, lakin gələcəkdə elektromobili daha böyük, lakin yüngülləşdirilmiş disklər və xüsusi hazırlanmış "Pirelli" şinləri ilə təchiz ediləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
oxu.az

10Mənbələr