Venesuelanın bütün ştatlarında kütləvi elektrik enerjisi kəsintisi qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin rabitə naziri Freddi Nyanes məlumat verib.
Nyanes elektrik enerjisinin kəsilməsini ölkə Prezidenti Nikolas Maduronun əleyhdarlarının addımı kimi dəyərləndirib. O, kütləvi kəsintiyə sabotajın səbəb olduğunu bildirib.
Nazirin sözlərinə görə, hazırda mütəxəssislər problemin həlli ilə məşğuldurlar. Paytaxtda mövcud şəraitdə yerüstü nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi tədbirlər həyata keçirilib.