AZ

ABŞ hərbçiləri İraqda 15 İŞİD üzvünü məhv edib

Image

ABŞ hərbçiləri və İraqın təhlükəsizlik qüvvələri İraqın qərbində İŞİD terror qruplaşmasının 15 silahlısını məhv edib. Bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. “ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı və İraqın təhlükəsizlik qüvvələri avqustun 29-da səhər saatlarında İraqın qərbində partnyor reydi keçirib və nəticədə İŞİD-in 15 yaraqlısı öldürülüb”, - ABŞ Mərkəzi Komandanlığının “X”dəki səhifəsində yayılan bəyanatda deyilir. 
Komandanlıq yaraqlıların çoxsaylı silah, qumbara və partlayıcı kəmərlərlə silahlandığını bildirib.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
14
baki-xeber.com

10Mənbələr