AZ

Futbolçu mübadiləsi həyata keçirəcək - İki tanınmış klub

Avrokubok iştirakçıları olan “Milan” və “Roma” futbolçu mübadiləsi həyata keçirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan”ın futbolçusu Aleksis Saelmekers və “Roma”nın oyunçusu Temmi Abraham klublarını dəyişəcəklər.

Abraham çarpaz bağ zədəsi səbəbindən “Roma”nın heyətində cəmi 12 oyun keçirib.

Belçikalı futbolçu Saelmekers isə ötən mövsüm ümumiyyətlə, “Milan”da oynamayıb. Sağ cinah yarımmüdafiəçisi “Bolonya”ya icarədə olub.

Klublar arasında mübadilə bir mövsüm ərzində qüvvədə olacaq. “Milan” Çempionlar Liqasında, “Roma” isə Avropa Liqasında iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
sportinfo.az

10Mənbələr