AZ

Cəsur İbadlı Peruda dünya çempionu oldu

Azərbaycan cüdoçusu Cəsur İbadlı Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, 49 ölkədən 405 idmançının qatıldığı və avqustun 28-də start götürmüş dünya çempionatı davam edir.

Ötən gün Azərbaycan yığmasının da üç üzvü mundialda qüvvəsini sınayıb.

73 kq çəki dərəcəsində yarışan Cəsur İbadlı ilk mərhələdə yerli Valentino Peresə qalib gəlib. O, növbəti görüşlərdə Entoni Farnot (ABŞ) və Aleks Maruşekdən (Çexiya) güclü olub. Cəsur 1/4 finalda İnomjon Baxodirovu (Özbəkistan) mübarizədən kənarlaşdırıb. Cüdoçumuz yarımfinalda fransalı Noah Bueni məğlub edib. Finalda onun rəqibi Timur Davidov (AİN) olub. Cüdoçumuz qələbə qazanaraq, dünya çempionu tituluna sahib çıxıb.

81 kq-da yarışan Mehdi Abbasov ilk görüşdə italiyalı Leonardo Kopatı məğlub edib. Almaniyalı Konstantin Disteli də mübarizədən kəmarlaşdıran təmsilçimiz 1/8 finalda İlya Simonova (AİN) uduzub. Onun rəqibi finala yüksəldiyindən Mehdi təsəlliverici döyüşə qatılıb. Litvalı Tajus Babayçenkoya qalib gələn Abbasov bürünc görüşünə çıxıb. O, Kenzo Kremersə (Belçika) qalib gələrək, fəxri kürsünün 3-cü pilləsində yer alıb.

Əli Qazımmmədov isə ilk görüşdə Jatin Jatinə (Hindistan) qalib gəlsə də, növbəti döyüşdə mübarzəni dayandırıb. O, belçikalı Kenzo Kremersə uduzub.

Bununla da Azərbaycan cüdoçularının bu dünya çempionatında qazandığı medalların ümumi sayı 4-ə çatıb. Xatırladaq ki, daha öncə Nihad Məmişov (55 kq) da dünya çempionu olmuşdu. Məhəmmədəli Hüsiyev (50 kq) isə bürünc medal qazanmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
5
arena.az

10Mənbələr