AZ

Azər Badamovun namizədliyi ləğv olunur - FOTOFAKT

Sentyabrın 1  keçiriləcək parlament seçkiləri ilə əlaqədar  125 dairə üzrə namizədlər öz təbliğat təşviqat kampaniyasını aparır.   Bununla bağlı sosial şəbəkələrdə müxtəlif dairələr üzrə  namizədlər  keçirilən görüşlər barədə fotolar və yazılar dərc edirlər.61 saylı Qusar seçki dairəsindən YAP-ın deputatlığa namizədi Azər Badamov təbliğat-təşviqat kampaniyası başa çatmasına baxmayaraq sosial hesabında təbliğatını aparırır.

 Azər Badamov növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatmasına baxmayar öz təbliğatını aparmaqda davam edir.
Belə ki, Yeni Azərbaycan Partiyasının 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədi Azər Badamov şəxsi facebook hesabında 31.08.2024-cü il tarixində saat 11.19 radələrində öz fotosunu və seçki posterini paylasımını edib 11.26 -da 7 dq sonra bu fotonu silib.
Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da

başlanıb, avqustun 31-i saat 08:00-da dayandırılıb.
Qeyd edək ki,Azər Badamov seçki təbliğatı-təşviqatı zamanı da qanunvericiliyimizin tələblərini pozmuş seçicilərlə görüşdə inzibati resurslardan səmərəli istifadə edərək icra nümayəndələridə görüşlərində iştirak etmişlər. Bunula bağlı ölkə mətbuatında məlumatlar dərc edilib.
 
 
 
 
 

Seçilən
184
50
7news.az

10Mənbələr