"Bu iki ölkə ilə yaxşı yola getməliyik. Onlar Rusiya və Şimali Koreyadır".
"AzPolitika" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti və noyabrın 5-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp bildirib.
Pensilvaniyadakı mitinqində Tramp Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin ondan fərqli olaraq “diktatorlarla yaxınlaşmayacağı” sözlərini xatırladıb.
2019-cu ildə Şimali və Cənubi Koreya arasında hərbisizləşdirilmiş zonada Kim ilə görüşünü xatırladan Tramp qısa müddət ərzində Şimali Koreyaya səfər etdiyini bildirib.
Tramp Kim ilə yaxşı anlaşdığını müdafiə edərək, Şimali Koreya və Rusiya kimi ölkələrlə anlaşmağın "yaxşı və ağıllı addım" olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Kamala Harris əvvəlki çıxışlarının birində Trampı dəstəkləyən Kim Çen In kimi tiranlara və diktatorlara rəğbət bəsləməyəcəyini demişdi.
"AzPolitika.info"